Əsədin "həyat xətti" kəsildi: Haləbdə vəziyyət
Suriyanın şimalındakı hadisələr sürətlə inkişaf edir. Əsəd rejiminə qarşı müxalif qüvvələrin apardığı əməliyyatlar üçüncü gününədək davam edir və böyük uğurlarla nəticələnir. Heyət Tahrir əş-Şam (HTŞ) başda olmaqla müxaliflər, Hələbin kənar ərazilərini ələ keçirib, rus qoşunlarının geri çəkilməsi müşahidə olunur. İran tərəfdarları ilə Suriyanın ordusu isə şəhərə girməyə hazırlaşır.
Hələb Hərbi Əməliyyat İdarəsi şəhərin xarici ərazilərinin azad olunduğunu açıqlayıb. M5 və M4 avtomobil yollarının kəsişməsinin müxaliflər tərəfindən ələ keçirilməsi isə böyük əhəmiyyət kəsb edir. Bu, Əsəd rejimi üçün strateji əhəmiyyətli bir zərbədir, sanki "həyat xətti" kəsilmiş kimi qiymətləndirilir. Ankara tərəfindən verilən açıqlamada əməliyyatın İdlib gərginliyi azaltma zonasında baş verdiyi bildirilsə də, Soçi razılaşmalarının çərçivəsindən kənara çıxıldığı və Suriyadakı tarazlığın dəyişəcəyi gözlənilir.
Müxalif qüvvələrin qısa müddət ərzində qazandıqları uğurların, rejimin, Rusiya və İranın bölgədəki mövqeyinin zəiflədiyini göstərdiyi deyilir. Yüzlərlə rejim əsgəri məhv edilib, çoxlu sayda hərbi texnika və silah ələ keçirilib. Eyni zamanda müxaliflərlə PYD/YPG-nin nəzarətində olan Şeyx Məsud məhəlləsi arasındakı məsafənin azaldığı bildirilir.
Müxalif qüvvələr Hələbin kənar ərazilərindən əhalinin təxliyəsini təşkil edib, təhlükəsizlik səbəbindən sakinlərdən ərazini tərk etmələri xahiş olunur. Hətta Hələb Universitetinin tələbələri də rejim tərəfindən evakuasiya edilib. Rəsmi Şam isə şəhərin müdafiəsinə əlavə qüvvələrin gəldiyini, müxaliflərin şəhərə girmədiyini iddia edir. Şəhərdə təxminən bir milyon sivil yaşayır.
Maraqlı bir məqam isə Rusiya ordusunun HTŞ-yə qarşı hava əməliyyatı keçirməsi və Əsəd rejiminə əlavə hərbi yardım vəd etməsidir.
Oxşar xəbərlər
Əsədin Görülməmiş Şəkilləri İctimaiyyətə Sızdı
Son Xeberler
"Baş Qanxoya" Mahir Əsədin Sirli Həyatı
Son Xeberler
Əsədin Rəhbərliyinin Sərhədləri Sındı
Son Xeberler
Əsədin Moskvaya Qaçışı: Sığınacaq Tapdı
Son Xeberler
Çıxışı zamanı Bəşər Əsədin halı pisləşdi -
Son Xeberler
Qəddafinin peyğəmbərlik xəbərdarlığı: Əsədin gülüş...
Son Xeberler