
Ermənistanın milli valyutası dəyərini itirir

“Qarabağda döyüşlər başladığı son iki həftədə Ermənistanın milli valyutası olan dram ABŞ dollarına münasibətdə 1,2% ucuzlaşıb. Halbuki döyüşlərdən əvvəlki iki həftədə 0,6% bahalaşmışdı”.
Bunu iqtisadçı ekspert Samir Əliyev özünün “Facebook” səhifəsində paylaşıb.
Qeyd edək ki, koronavirus pandemiyası və hərbi əməliyyatların gedişi Ermənistanın iqtisadiyyatına ciddi zərbə vurub. Ermənistanda mart ayından etibarən iqtisadiyyat yalnız geriyə doğru gedir. Artıq altıncı aydır ki, göstəricilər üzrə azalma qeydə alınır. Belə ki, ilin birinci yarısının nəticələrinə görə iqtisadi fəallıq 4.7% azalıb. Bu isə hökumətin proqnozlarından ən az iki dəfə çoxdur.
Bundan başqa, cəmi 2.6 milyard dollar xarici valyuta ehtiyatları olan Ermənistanda xarici borcun məbləği bundan 2 dəfə çox, yəni 5.7 milyard dollardır:
Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“İstifadə etsə, “valyutası” da kəllə-mayallaq gedə...
Son Xeberler

Qonşu ölkənin valyutası kəskin dəyər itirir
Bugun.az

AMB Manatın Dövriyyə Sürəti Haqqında Məlumat Verdi
Bugun.az

NYDIG: $500 Milyardlıq Kripto Çöküşündən Sonra Sta...
Kripto

Ermənistan sərhəddə "səlibçi" bayraqlarını endirib
Bugun.az

Ermənistanın keçmiş naziri MTX-nin təcridxanasında...
Son Xeberler