🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistanın keçmiş deputatı həbs edilib

17.06.2020 10:45 451 baxış sayı 1 dəq. oxuma
Ermənistanın keçmiş deputatı həbs edilib

Ermənistan parlamentinin keçmiş deputatı Abraam Manukyan həbs edilib.

Məlumatı “News.am” yayıb.

Bildirilib ki, Yerevan şəhəri Şenqevit məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Manukyanın həbsi ilə bağlı vəsatətə iyunun 17-də baxılıb.

Ona qarşı irəli sürülən ittihamlarda “Multi qrupp” konserninin direktoru Sedarak Arustamyanın da adı hallanır. S.Arustamyan Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri Qaqik Sarukyanın adamı sayılır.

Qeyd edək ki, Abraam Manukyan 1957-ci il noyabrın 15-də Yerevanda anadan olub. Ticarət sahəsində müxtəlif vəzifələrdə işləyib. 2003-2007-ci illərdə deputat olub. 2007-ci ildə Ermənistan səhiyyə nazirinin müavinidir. 

Paylaş: