Ermənistanı müharibə cinayətlərini dayandırmağa çağırırıq - Türkiyə XİN
Türkiyə Xarici İşlər Nazirliyi Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz:
"Ermənistan Minsk Qrupu həmsədrlərinin təşəbbüsləri ilə bu günə qədər elan edilmiş 3 atəşkəsi pozsa da, həmsədrlərin bu pozuntulara reaksiya verməməsi bizi düşündürür"
Həmçinin qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə etdiyi qanlı hücumun qurbanı olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik və bütün Azərbaycan xalqına başsağlığı veririk:
"Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləyirik, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanı davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq”.
Oxşar xəbərlər
XİN: Ermənistan mülki insanlara qarşı terror vasit...
Son Xeberler
BMT baş katibi Azərbaycan və Ermənistana müraciət...
Son Xeberler
Səfirlik kanadalı senator və deputata etirazını bi...
Son Xeberler
"Ermənistanı ağlını başına almağa çağırırıq" -
Son Xeberler
İspaniya İsrailə Silah Göndərilməsini Dayandırmağa...
Bugun.az
“Bir gün Ermənistan xalqı ondan hesab soracaq”
Son Xeberler