01.02.2021 15:47
6 abunə
315
Ermənistanda daha bir məmur istefa etdi
Ermənistanda Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin sədri Narek Babayan tutduğu vəzifədən istefa verib.
Bu barədə Babayanın özü “Hraparak” qəzetinə məlumat verib.
Bundan əvvəl nəşr bir sıra mənbələrə istinadən məlumat vermişdi ki, Babayanın istefa səbəbi onun Baş nazir Nikol Paşinyanla birbaşa təmasını qadağan edən Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyanla gərgin münasibətləri olub.
Babayan özü bu məlumatı inkar etsə də, istefa səbəbinə dair təfərrüat vermədən bunun işgüzar səbəblə əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, Narek Babayan Ermənistan parlamentinin sədr müavini Lena Nazaryanın həyat yoldaşıdır.