Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - RƏSMİ

27.08.2020 08:24 559 baxış sayı 1 dəq. oxuma
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi -

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: