
Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir

Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək.
Bunu İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi deyib. Bildirilib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir.
"Bu, iranlı istehsalçılar üçün yaxşı bir fürsətdir", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib.
Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq mal idxal edib.
Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Döyüş çoxdan İran ərazilərindən xeyli uzaqlıqda a...
Son Xeberler

Ermənistanda türk geyimləri satan mağazalar
Son Xeberler

Ermənilər İran-Ermənistan yolunu bağladı
Son Xeberler

İran Qarabağ razılaşmasını alqışlayır
Son Xeberler

Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı
Son Xeberler

İşğal olunmuş ərazilər boşaldılmalıdır -
Son Xeberler