Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı - ANBAAN VİDEO

14.07.2020 13:07 805 baxış sayı 3 dəq. oxuma
Ermənistan polisi Azərbaycan sərhədindən qaçan fərariləri belə saxladı -

Bu gün Ermənistan mediasının bəh-bəhlə "qəhrəman” kimi təqdim etdiyi erməni gənclərinin sınaq zamanı o qədər də cəsur olmadıqları görünür.

Bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.

Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.

Qeyd olunur ki, hazırda döyüşlərin davam etdiyi sərhədə aparan yollarda polis sədləri quraşdırılıb. Göründüyü kimi, Ermənistan hakimiyyətinin təbliğat-təşviqatından fərqli olaraq, erməni xalqı ordusunun "qəhrəmanlığına”, həqiqətən də, inanmır. Bunun üçün çoxlu əsasları da var.

Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri günlərində də erməni hərbçiləri Azərbaycan Ordusunun əks-hücumundan vahiməyə düşərək, cəbhə xəttindən kütləvi şəkildə təkcə işğal altındakı Qarabağa deyil, həm də Ermənistana qaçmışdılar. Eyni mənzərə bu gün də müşahidə olunur.

Ermənistana qaçmışdılar. Eyni mənzərə bu gün də müşahidə olunur.

 
A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: