“Ermənistan bu sənədin imzalanması ilə yıxıldı” - Paşinyan
"İrəvan Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vaxtında qərar verdi".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Rusiya 1" telekanalına müsahibəsində deyib.
Paşinyan Qarabağ münaqişəsi ilə bağlı imzalanmış üçtərəfli sənədi şərh edərək bildirib ki, əks təqdirdə Ermənistanda vəziyyət daha da pis olacaqdı.
"Mən bu vəziyyətə görə məsuliyyət daşıyıram və daşıyacağam. Bu, bizim üçün böyük uğursuzluqdur, böyük bir fəlakətdir. Həyatlarını itirmiş insanların matəmidir. Ancaq Ermənistan və "Artsax" (Dağlıq Qarabağ-red) yaşamalı, güclənməli, möhkəmlənməlidir. Müxtəlif məsələlərə əvvəlki düşüncələr yenidən nəzərdən keçirilməlidir. Digər həll variantlarının əvvəllər sadəcə mümkünsüz olduğunu bilirəm. Ermənistan bu sənədin imzalanması ilə yıxıldı, amma uçuruma yuvarlanmadı".
Oxşar xəbərlər
Ermənistan sülh istəyir
Son Xeberler
Nazirlər Kabinetindən sürücülərlə bağlı
Son Xeberler
Baş Nazirdən VACİB QƏRAR -
Son Xeberler
Vilayət Eyvazovdan QƏRAR:
Son Xeberler
Qadın yol gedərkən yıxıldı və öldü-
Son Xeberler
İnternetin məhdudlaşdırılması aradan qalxır? - Naz...
Son Xeberler