🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənipərəst jurnalistin daha bir yalanı - VİDEO

12.10.2020 13:38 497 baxış sayı 3 dəq. oxuma
Ermənipərəst jurnalistin daha bir yalanı -

Ermənistan ictimaiyyəti daha çox "War Gonzo” adlanan guya müstəqil jurnalist qruplaşmasının məlumatları ilə aldadılır.

Hadruta hiylə yolu ilə soxularaq, guya erməni işğalçılarının bu məntəqədən hələ də çəkilmədiyini iddia edir.

Belə ki, çəkiliş qrupu meyitləri yığmaq üçün istifadə edilən sanitar maşınlara oturub həmin əraziyə gedir. Tibb maşınlarının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulmayacağına əmin olan "jurnalistlər” yalan informasiyanı bu şəkildə hazırlayırlr.

"War Gonzo” telegram kanalının rəhbəri, hərbi müxbir Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşınla Hadruta daxil olub. Bunu etməkdə məqsədi odur ki, həmin ərazidən görüntü çəkərək, səhifəsində və kanalda paylaşaraq desin ki, guya Hadrut ermənilərdədir, bizdə deyil. O, rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir. Hər halda Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən həmin avtomobilə atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.

Diqqətlə baxsaq, maşın üzərində olan "Qırmızı xaç" işarəsinin foto və videolarda montajla silindiyini görərik. 

 
 
Paylaş: