🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənilərin feyk fotoşousu...

19.10.2020 10:24 357 baxış sayı 4 dəq. oxuma
Ermənilərin feyk fotoşousu...

Bu gün, yəni 19 oktyabr səhər saat 09.42-də Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə istinadən News.am xəbər saytında məlumat yayılıb ki, Ermənistanın Geğarkunik Vilayətinin Sotk və Kut kəndlərinin orta məktəbləri Azərbaycanın pilotsuz təyyarələrinin zərbələri nəticəsində dağıntılara məruz qalıb. Xəbərdə oxucunun diqqəti dərhal fotolara yönəlir.

İndi isə gəlin erməni xəbər saytında https://news.am/eng/news/608675.html qoyulan fotolara baxaq. Bu fotolar qırılmış pəncərə şüşələrinə (özü də dron zərbəsi ilə) fokus olunur. 

Sirr deyil ki,  dron zərbəsinə məruz qalan məktəb binasının fotosu bu cür olmur. Burada çox aydınca bəlli olur ki, kimsə pəncərə şüşəsini ehmalıca məktəbin divarına söykəyib bundan feyk fotoşou düzəltmək istəyib. Eləcə də məktəbin  yuxarı qatındakı pəncərəyə baxaq. Burada pəncərənin bir hissəsi qırılmış görünsə də, ancaq aşağıdakı və ətrafdakı pəncərələr sağlamdır. Deməli, Ermənistanın Təhsil Nazirliyinə istinadən yayılan xəbər sadəcə primitiv quraşdırılmış feyk xəbərdir.

İndi gələk 17 oktyabrda Gəncəyə atılan raket zərbəsi nəticəsində dağıntıya məruz qalan, məşhur rus pedaqoqu Konstantin Uşinskinin adını daşıyan 29 nömrəli şəhər tam orta məktəbin zərbədən sonrakı fotolarına. 


Burada fotolar çərçivədən çıxan pəncərə və qapıları, qırılmış və yerlə bir olmuş əşyaları, şuşə qırıqlarını və ən faciəvisi bu məktəbin 3 şagirdinin - Nigar,Orxan və Məryəmin dağıntılar altında qalmış cəsədlərini əks etdirir. Sadəcə fotoobyektivin təqdim etdiyi iki görüntü (feyk və həiqiqi) təfsilatı tam aydın göstərir.
 Erməni fotoyalanı son 30 ilin feyk xəbər tirajı kimi ilk baxışda ani effekt yaratsa da, diqqətli oxucu bununla erməninin yalan dozunu anındaca tuta bilər. 

#StopArmenianAggression
#StopArmenianTerrorism
#PrayForGanja
#HumanRights
#WarCrimes

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov

Paylaş: