
Ermənilərin atdığı mərmi Ağdamda evi yandırdı - VİDEO

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.
Ermənistan ordusunun atdığı mərmi Ağdam rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğına səbəb olub. Əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
Oxşar xəbərlər

Ermənilərin atdığı mərmi Tərtərdə məktəb və evi ya...
Son Xeberler
Ermənilərin Füzulini atəşə tutması yanğınsöndürən...
Son Xeberler

Ermənilərin atdığı mərmi Beyləqan ərazisinə düşüb
Son Xeberler

Qarabağdakı silahlı ermənilərin sonu gəlir - Prose...
Son Xeberler

Ermənilərin atdığı mərmilər mülki obyektlərdə yanğ...
Son Xeberler

Ermənilər Ağdamda FHN-in çavuşunu da yaralayıb
Son Xeberler