04.02.2021 20:32
6
abunə
516
Erməniləri ŞOKA salan ƏMƏLİYYAT: Hadrutdakı batalyon belə məhv edildi - VİDEO

Ermənistan mətbuatı Vətən müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi daha bir əsgər haqqında məlumat yayıb.

Qarabağda məhv edilmiş Mais Avetumyan adlı erməni əsgər 4 il rəqs məktəbində oxuyub, sonra rejissorluq fakültəsində təhsil alıb.

"O, hərbi əməliyyat zamanı mühasirəyə düşərək məhv edilən Martuninin 7-ci taborunun 72 əsgərindən biri idi. Birinci Qarabağ müharibəsi zamanı Arabonun 72 nəfərlik dəstəsi izsiz şəkildə itmişdi. Yalnız illər sonra, Azərbaycanda yayılan videolardan birində onların meyitlərini tanımaq mümkün oldu. Qarabağda yeni müharibə zamanı - 11 oktyabrda Martuniyə aid tağımın eyni sayda əsgəri oxşar taleyi yaşadı. Onlar xüsusi bir əməliyyat üçün üç maşına mindirilib, Hadruta aparıldılar. Həmin gün Mais və dostları üçün ölüm günü oldu. Əsgərlərin cəsədlərinin çoxu yalnız 100 gündən sonra tapıldı. Düşmənin mühasirəsinə düşən oğlanlar bərabər olmayan döyüşə giriblərmiş", - deyə erməni KİV-ləri yazıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine