Son Xeberler
Son Xeberler

11.12.2020 22:16

6 abunə

733

Ermənilərdən hiylə: Azərbaycan bayrağını tanklarına taxırlar ki... - VİDEO

Ermənilərdən hiylə: Azərbaycan bayrağını tanklarına taxırlar ki... -

Bir neçə il öncə 630 balla universitetə daxil olmuş, müharibə başlayanda cəbhəyə könüllü yollanmış qazimiz Pərviz Əliyev Vətən müharibəsindəki xatirələrini bölüşüb.

O, döyüşlər zamanı ermənilərin tanklara Azərbaycan bayrağı vuraraq onları aldatdığını söyləyib:

"Biz elə bildik ki, onlar bizimkilərdir və ona görə onları vurmadıq. Azərbaycan dilində bizi çağırırdılar ki, "gəlin bura”. Daha sonra tanklar və BMP-lər bizə atəş açdı. Sonra biz onların 2 tankını vurduq, geri çəkildilər”.

Qeyd edək ki, P.Əliyev başından vurulub. Ağır əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.