Ermənilər yenə Göygölü atəşə tutdu, yanğın oldu
Fövqəladə Hallar Nazirliyi bu gün Ermənistan tərəfindən atəşə tutulan Göygöl rayonu barədə açıqlama yayıb.
"Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla yanaşı, ekoloji terror əməllərini də davam etdirir.
Ötən gün döyüş bölgəsindən kənarda yerləşən Göygöl rayonunun ərazisinin Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından atəşə tutulması səbəbindən yanğın baş vermiş meşəlik ərazi bu gün səhər saatlarından da yenidən mərmi atəşlərinə məruz qalıb və nəticədə yanğın başlayıb.
Həmçinin Goranboy rayonunun ərazisinin düşmən tərəfindən ağır artilleriya qurğularından atəşlərə məruz qalması nəticəsində də meşəlik zonada yanğın baş verib. Yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub, bu istiqamətdə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək".
Oxşar xəbərlər
Ermənilər yenə mülki obyektləri atəşə tutdu -
Son Xeberler
Ermənilər Tovuzu yenidən atəşə tutdu -
Son Xeberler
Ermənilər Tərtəri “Smerç”lə atəşə tutdu
Son Xeberler
Ermənilər Tovuzdan sonra daha bir rayonu artilleri...
Son Xeberler
Ermənilər Şəmkiri “Toçka-U” ilə atəşə tutdu -
Son Xeberler
Müdafiə Nazirliyi: Ermənilər Tovuzun kəndini atəşə...
Son Xeberler