
Ermənilər Tərtərdə daha 2 dinc sakini öldürdü - Yaralılar var

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 20.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub, 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər

Ermənilər Tərtərdə daha bir dinc sakini öldürdü
Son Xeberler

Tərtərdə mülki şəxs minaya düşdü
Son Xeberler

Ermənilər azərbaycanlılara hücum etdilər,
Son Xeberler

Maşınla vurulan piyada öldü
Son Xeberler

Goranboy və Tərtərdə daha 2 mülki şəxs yaralanıb
Son Xeberler

Tərtərdə avtomobillər toqquşub, ölən var
Son Xeberler