
Ermənilər Kəngərlidə daha bir şəxsi yaraladı

Baş Prokurorluğun Mətbuat xidməti ermənilərin təxribatları ilə bağlı növbəti açıqlamanı yayıb.
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.
Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər, Ağdam və Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Tərtər rayon Kəngərli kəndində top mərmilərinin partlaması nəticəsində 1970-ci il təvəllüdlü Bəylərov Firudin Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər

Ermənilər daha bir mülkini yaraladı
Son Xeberler

Ermənilər gün ərzində Kəlbəcəri tərk etməkdə davam...
Son Xeberler

Suriyadan Atılan Güllələr Nusaybində İki Nəfəri Ya...
Son Xeberler

ABŞ-da ermənilər azərbaycanlıya hücum edib
Son Xeberler

Onların həyatını xilas edərkən qəlpələrdən biri ba...
Son Xeberler

SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler