Ermənilər Kəlbəcərdən çıxmaq üçün vaxt istəyib - Hikmət Hacıyev

15.11.2020 10:53 663 baxış sayı 2 dəq. oxuma
Ermənilər Kəlbəcərdən çıxmaq üçün vaxt istəyib -

"Ermənistan işğal olunmuş ərzilərimizdən vətəndaşlarının çıxarılması üçün 25 noyabra qədər vaxt istəyib".

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Kəlbəcərdən Ermənistan tərəfi orda olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib: “Azərbaycan tərəfi humanizmdən çıxış edərək 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edilib”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: