Ermənilər itkilərini etiraf etməyə başladılar
Azərbaycan Silahlı Qüvvələri tərəfindən atılan cavab tədbirləri nəticəsində işğalçı Ermənistan ordusunun verdiyi itkilər açqılanmağa başlayıb.
Bu barədə "news.am" saytı məlumat yayıb.
Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan Azərbaycan tərəfinin açdığı atəş nəticəsində üç hərbçinin yaralanmasını təsdiqləyib.
O, bildirib ki, hərbçilər Berd şəhərindəki hospitala yerləşdiriliblər.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərərkən böyük itki verib. Bu barədə Ermənistanın sosial şəbəkə istifadəçiləri yazıblar.
Belə ki, bu gün qeydə alınan toqquşma zamanı erməni tərəfinin 30 əsgərini itirməsi bildirilir.
Ermənistanın Müdafiə Nazirliyi itkilərin olması barədə məlumatı gizlətsə də, yerli əhali bu barədə sosial şəbəkədə yazmağa başlayıb.
Oxşar xəbərlər
Ermənilər növbəti itki siyahısını açıqladı
Son Xeberler
Düşmən bu gün daha 17 hərbçi itirdi
Son Xeberler
Düşmən bu gün daha 30 hərbçi itirdi -
Son Xeberler
“Ermənistan itkilərini gizlətmək üçün yeni yalan...
Son Xeberler
Düşmən bu gün daha 40 hərbçi itirdi -
Son Xeberler
Müdafiə Nazirliyi:
Son Xeberler