
Ermənilər Holokost abidəsini təhqir etdi - FOTO

İrəvanın mərkəzində "Kentron" adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum olub.
Erməni ekstremistləri abidəni qırmızı rəngə boyayıblar. Millətçilər təhqir etdikləri abidənin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Erməni radikallar paylaşımlarda yəhudiləri təhdid edərək "sizin də qanınız töküləcək" deyə yazıblar.
Digər erməni istifadəçiləri bu təhqiramiz addımı rəğbətlə qarşılayıblar. Hətta məlum paylaşımlardakı şərhlərdə İsrail dövlətinin daim Azərbaycana dəstək verməsinin onlara baha başa gələcəyi kimi hədələr yer alıb.
Artıq İrəvan meriyasının sözcüsü Ovsep Kubatyan abidənin təmizləndiyini bildirib.
Qeyd edək ki, ermənilərin abidələri təhqir etməsi ilk hadisə deyil. İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və mədəni abidələrin əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb.
Oxşar xəbərlər

Prezident "Ana harayı" abidəsini ziyarət etdi
Son Xeberler

Mənzurə şəhid ailəsini TƏHQİR ETDİ-VIDEO
Şou Xəbər

Kamerada Qeydə Alınan Cinayət: Qadın Ərini Təhqir...
Son Xeberler

Vəfa Şərifova Afət Fərmanqızını Məhkəməyə Verdi
Bugun.az

İlham Əliyev Samux rayonuna getdi
Son Xeberler

SON DƏQİQƏ: Ermənilər Hadrutda təxribat törətdi -
Son Xeberler