Ermənilər Baş Prokurorluğun əməkdaşını da yaralayıb

05.10.2020 10:24 494 baxış sayı 1 dəq. oxuma
Ermənilər Baş Prokurorluğun əməkdaşını da yaralayıb

Baş Prokurorluğun bir əməkdaşı Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmi nəticəsində yaralanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə məlumat verib.

Onun sözlərinə görə, hadisə yerində istintaq hərəkətləri apararkən ermənilər tərəfindən atəş davam etdirilib. Bu zaman prokurorluğun əməkdaşı xəsarət alıb:

“Onun həyatını xilas etmək üçün cərrahi müdaxiləyə zərurət yaranıb”.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: