🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənilər Ağdamda daha bir mülki şəxsi öldürdü

10.10.2020 17:26 558 baxış sayı 2 dəq. oxuma
Ermənilər Ağdamda daha bir mülki şəxsi öldürdü

Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan bildirilib ki, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.

Fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Paylaş: