18.02.2021 23:24
6 abunə
473
Erməni nazir Azərbaycana gəlir: Nağıyevlə görüşəcək
Ermənistan Milli Təhlükəsilik Xidmətinin rəhbəri Armen Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyev və Araik Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır.
Bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram kanalında yazıb.
"Armen Abazyanın bu yaxınlarda Moskvaya səfəri zamanı razılaşdırdığı gizli görüş yaxın günlərdə, Suqovuşan yaxınlığında təmas xəttində baş tutacaq. Abazyan, Arutyunyan və Nağıyev infrastruktur məsələlərini, əslində isə "artsax”ın qalıqlarını Azərbaycana inteqrasiya etmək üçün addımları müzakirə etməyi planlaşdırırlar”, - Minasyan bildirib.