Erməni əsgər anaları HARAY ÇƏKDİLƏR- ''Uşaqlarımızı geri qaytarın''

27.11.2020 13:36 741 baxış sayı 2 dəq. oxuma
Erməni əsgər anaları HARAY ÇƏKDİLƏR-

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

Hökumət binasının qarşısında baş tutan aksiyada iştirakçıların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.

“Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur.”

Başqa bir valideyn, övladının itkin düşməsini və ya düşmən tərəfindən əsir götürülməsini istəmədiyini qeyd edərək səlahiyyətlilərə vaxtında cavab verməyə çağırıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: