Ərdoğandan Ermənistana SƏRT CAVAB - "İşğalçısınız"

17.07.2020 12:00 525 baxış sayı 2 dəq. oxuma
Ərdoğandan Ermənistana SƏRT CAVAB -

“Ermənistan işğalçıdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Azərbaycandan bir nümayəndə heyətini Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla görüşdüm. Azərbaycanın yanındayıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 
 
A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: