
Ərdoğan Kılıçdaroğlunu İzmir zəlzələsinə görə sərt tənqid etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmirdən millət vəkili olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun zəlzələdən sonra laqeyd münasibətini tənqid edib.
O, bu barədə AK partiyanın iclasındakı çıxışında qeyd edib.
“Baş verən hər fəlakət dərsdir. Təəssüf ki, ana müxalifətin başındakı şəxs buraya turistik səfəri zamanı “5 gündür, dağıntılar yığışdırılmayıb” deyir. Bilmədiyin iş barədə niyə danışırsan? Heç olmasa sakit dur, adam bilsinlər.
İzmir millət vəkilisən ... Düşünə bilirsən? Gəlib baş çəkib gedirsən. Əvvəldən axıra qədər orada qalmalısan. Sən o vilayətin vəkilisən. Bunu belə etməyib ancaq orada həyatı üçün hər şeyi qurban verməyə hazır olan nazirlərimiz və qeyri-hökumət təşkilatları haqqında yerli-yersiz danışırsan”,- deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, 30 oktyabrda İzmirdə baş vermiş 6.6 bal gücündə zəlzələ nəticəsində 114 nəfər həlak olub, 1035 nəfər xəsarət alıb.
Oxşar xəbərlər

Kılıçdaroğlu yenidən CHP sədri seçildi
Son Xeberler

Ərdoğan zəlzələ bölgəsinə gəldi
Son Xeberler

Ərdoğan Putinin Doğum Gününə Nə Hədiyyə Etdi?
Bugun.az

Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Son Xeberler

Prezidentdən Mərkəzi Bank sədrinə tənqid: Bunun in...
Son Xeberler

Ərdoğan Əliyevə zəng etdi
Bugun.az