"Ərdoğan: "İslam Ölkələri Ən Böyük Reaksiyanı Verməlidir""
"Bu quldurluq bütün bölgəni alovlandırdı, beynəlxalq ictimaiyyət artıq susmamalıdır. Bu zülm və vəhşiliyə baş əyməyəcəyik. Fələstin və Livanı müdafiə etmək, insanlığa, sülhə və müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşamasına sahib çıxmaq deməkdir."
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin 4 saat davam edən iclasından sonra bu fikirləri bildirib.
Ərdoğan, Livanda təxminən 1 milyon insanın evlərindən köç etdiyini və 30 ton humanitar yardımın Beyruta çatdırıldığını qeyd edib. İsrailin hücumlarını dayandırmaq üçün diplomatik səylərin artırıldığını da vurğulayıb.
O, "BMT-nin 1950-ci ildə qəbul etdiyi “Sülh naminə birlik” qətnaməsində göstərildiyi kimi, beynəlxalq güclərin hərəkətə keçməsini tələb edirik. Gözü qan və nifrət bürümüş radikal sionistlər bölgəmizə və bütün dünyaya od vurur. Ən böyük reaksiyanı İslam ölkələri verməlidir. Biz bu zülm və barbarlığa heç vaxt razı olmayacağıq", - deyə bildirib.
Oxşar xəbərlər
Ərdoğan zalı tərk etdi
Xəbər Anı
Ərdoğan Makronla bağlı sözlərini təkrarladı
Son Xeberler
Ərdoğan fransız məhsullarını boykot etməyə çağırdı
Son Xeberler
Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”
Son Xeberler
Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”
Son Xeberler
Ərdoğandan Trampa təbrik:
Xəbər Anı