
Əhaliyə uşaqlarla bağlı müraciət - VİDEO

Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müraciətdə bildirilir ki, uşaqların dünyanı kəşf etməyə, öyrənməyə marağı və əyləncə istəyi həm də onların ətrafdakı təhlükələrdən hələ ki xəbərsiz olması ilə müşayiət olunur.
Qeyd olunub ki, valideynin nəzarətindən kənar olan uşaqlar real təhlükələrlə üz-üzə qalır, bir sıra hallarda onların sağlamlığı və həyatı təhlükə altına düşür.
Bununla bağlı nazirlik valideynləri mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, azyaşlıların küçədə, nəqliyyat vasitələrində, müxtəlif məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırıb.
Oxşar xəbərlər

DİN əhaliyə müraciət etdi
Son Xeberler

Hərbi Komandanlıq işğal altında olan mülki əhaliyə...
Son Xeberler

FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
Son Xeberler

Müdafiə Nazirliyindən işğal olunmuş ərazilərdəki d...
Son Xeberler

Ermənistan Səhiyyə Nazirliyi qan axtarır
Son Xeberler

DİN əhaliyə müraciət etdi
Son Xeberler