28.12.2020 10:53
6
abunə
596
Əhaliyə COVİD-19 xəbərdarlığı - VİDEO

Sərt karantin rejimi elan edildikdən sonra koronavirusa yoluxanların sayında azalma müşahidə olunur.

Bu barədə məlumat verən infeksionist-həkim Vüqar Cavadzadə əhaliyə müraciət edərək daha soyuq ayların gəldiyini və daha diqqətli olmağı məsləhət görüb:

"Koronavirus infeksiyası soyuq aylarda daha tez artıb yayıla bilər. Bunun üçün də insanlarımız daim profilaktik tədbirlərə, gigiyenik qaydalara riayət etməlidir. Maska taxmalı və sosial məsafə gözləməliyik. Ehtiyac olmadıqca çölə çıxmayın.

Əvvəlki aylarda virus daha çox yaşlı insanlar arasında müşahidə edilirdisə, hazırkı vəziyyətdə yaşlılarla yanaşı cavanlar və uşaqlar arasında da müşahidə edilir". 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine