Əhalinin 14% karantinin uzadılmasının əleyhinədir - RƏSMİ AÇIQLAMA
Sosial Tədqiqatlar Mərkəzinin həyata keçirdiyi “Pandemiya ilə mübarizədə dövlətin anti-böhran siyasəti ictimai rəydə” sorğunun nəticələri açıqlanıb.
Sorğunun nəticələri haqqında STM-in bu gün keçirilən brifinqində Mərkəzin Sosial-İqtisadi Təhlil Departamentinin rəhbəri Seymur Əliyev məlumat verib. O qeyd edib ki, tədqiqatda Azərbaycan dövlətinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində formalaşdırdığı anti-böhran strategiyası, müvafiq dövlət siyasətləri ictimai rəy əsasında qiymətləndirilir:
“Bir-birini tamamlayan strateji qərar və tövsiyələrə əsaslanan antiböhran siyasəti ilə bağlı vətəndaş rəyinin öyrənilməsi bu istiqamətdə hesabatlılığın təmin edilməsi və gələcək qərarlar üçün istinad məqsədi daşıyır. Analitik hesabatda dövlətin yaxın dövrdə pandemiyanın makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə həyata keçirdiyi təxirəsalınmaz sosial dəstək tədbirlərindən münasibət göstəriciləri ictimai rəy əsasında qiymətləndirilir.
Yuxarıda qeyd olunan məqsədlərə çatmaq üçün Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Operativ Qərargahın müxtəlif tarixlərdə qəbul edib həyata keçirdiyi anti-böhran tədbirlərinə ictimai rəyi öyrənmək məqsədilə aşağıdakı ümumölkə miqyaslı sorğular keçirilib, fokus qrup müzakirələri aparılıb və onların nəticələri tədqiqat qrupu tərəfindən təhlil edilib.
- - Birinci mərhələ (24-30 aprel 2020-ci il). Pandemiya ilə mübarizə çərçivəsində qabaqlayıcı və sosial rifahın gücləndirilməsi istiqamətində siyasətə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);
- - İkinci mərhələ (08-11 may 2020-ci il). Dövlətin sosial dəstək tədbirlərindən yararlanan- ların məmnuniyyətinin ölçülməsi məqsədilə ictimai rəyin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu);
- - Üçüncü mərhələ (22-23 may 2020-ci il) Dövlətin sosial dəstək tədbirlərinə xüsusi qrup kimi karantin dövründə işini itirənlərin münasibətinin öyrənilməsi (365 respondentdən 124-ü ilə sosioloji sorğu);
- - Dördüncü mərhələ (09-10 iyun 2020-ci il) Pandemiya ilə mübarizə çərçivəsində tətbiq edilən karantin rejiminin sərtləşdirilməsinə ictimai münasibətin öyrənilməsi (384 respondent ilə keçirilmiş sosioloji sorğu);
- - Beşinci mərhələ (03-07 iyul 2020-ci il) Pandemiya ilə mübarizə çərçivəsində bəzi şəhər və rayonlarda tətbiq olunan tədbirlərə və sərtləşdirilmiş karantin rejiminə ictimai münasibətin öyrənilməsi (1212 respondentlə keçirilmiş sosioloji sorğu)”.
Departament rəhbəri açıqlamasında bildirib ki, sorğu Bakı şəhəri, Abşeron, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran, Quba-Xaçmaz, Qarabağ, Aran və Dağlıq Şirvan iqtisadi-coğrafi rayonlarını əhatə etməklə 5 (beş) mərhələ üzrə ümumilikdə 4144 respondentin rəyi öyrənilib. Naxçıvan Muxtar Respublikası və işğal altında olan regionlar sorğuda əhatə olunmayıb.
Hər iqtisadi rayon üzrə sorğuda iştirak etməli olan respondent sayından 10 dəfə çox sayda stasionar telefon nömrəsi müvafiq bazalardan təsadüfi qaydada seçilib. Bundan sonra nəzərdə tutulmuş respondent sayının sorğuda iştirakını təmin edənə kimi seçilmiş nömrələrə zəng olunub.
Karantin rejiminin məhdudiyyətlərini və sorğuda iştirak edən tərəflərin sağlamlığının qorunmasını nəzərə alaraq, sorğunun aparılmasında telefon müsahibə üsulundan istifadə edilib. Sorğuların keçirilməsində müasir texnologiyalar tətbiq olunub. Belə ki, müasir sorğu proqramı SurveyToGo proqramından istifadə edilib”.
Təhlillər əsasən aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilib:
- - Pandemiya ilə mübarizə çərçivəsində dövlətin qabaqlayıcı tədbirlərinə ictima rəyin öyrənilməsi
- - Xüsusi karantin rejiminin əhalinin gündəlik həyatına və gəlirlərinə təsirinin öyrənilməsi
- - Pandemiya ilə mübarizə çərçivəsində sosial dəstək tədbirləri
- - Xüsusi karantin dövründə məhsul və xidmətlərin təminatı ilə bağlı tədbirlər
- - Pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən maliyyə tədbirləri
- - Xüsusi karantin rejimindən çıxışla bağlı tədbirlər
- - Pandemiya ilə mübarizə çərçivəsində beynəlxalq əməkdaşlıq
- - Pandemiya ilə mübarizə çərçivəsində aidiyyəti şəxs və qurumların fəaliyyətinin qiymətləndirilməsi”.
- S.Əliyevin sözlərinə görə, STM-in sorğusunda əhalinin 60 faizdən çoxu pandemiyanın ailə gəlirlərinə mənfi təsir göstərdiyini bildirib. Rəyi alınan şəxslərdən 25,1 faiz düşünür ki, pandemiya və xüsusi karantin rejimi ailədaxili münasibətlərə mənfi təsir edib, 50 faizə qədər insan isə ciddi mənfi təsirin olmadığını qeyd edib.
Bundan əlavə, respondentlərin 40,7 faizi üçün pandemiyanın psixoloji təsirləri mənfi olub, 50 faizə qədər insan isə heç bir mənfi təsirə məruz qalmayıb.
Respondentlərin karantin rejimin uzadılmasına münasibətinə gəlincə, yalnız 14 faiz bu prosesi mənfi qarşılayıb.
Etiketlər
Oxşar xəbərlər
Elon Musk: "Insanlara azadlıqlarını geri qaytarın"
Bugun.az
Qətər səfiri mülki əhalinin hədəfə alınmasını qına...
Son Xeberler
Karantinə son qoyulsun –
Son Xeberler
Operativ Qərargah təcili brifinq keçirir
Son Xeberler
Karantinin sərtləşdirildiyi yerlərdə aztəminatlı ş...
Son Xeberler
Dünyada 71,3 milyondan çox insana COVID-19 peyvənd...
Son Xeberler