
Əhali abonentlərinin cəmi 8,27 faizi güzəştli limiti keçib

“Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 9 ayının iqtisadi göstəricilərinə görə bəzi məqamları açıqlayıb.yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub.
Hal-hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.
2019-cu ilin müvafiq dövründən 01.10.2020-ci il tarixinə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.
Oktyabr ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 %) qazdan güzəştli limit daxilində istifadə edib.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

“Azəriqaz”dan əhaliyə verilən qazla bağlı
Son Xeberler

Əhaliyə ŞAD XƏBƏR - Güzəştlə satılan qazın limiti....
Son Xeberler

Qaz limitini keçənlərin nəzərinə:
Son Xeberler

Bakı üzrə abonentlərin sayı 900 minə çatır
Son Xeberler

Bakının rayonları üzrə yoluxma göstəriciləri -
Son Xeberler

Nazirlər Kabinetinin qərarı QÜVVƏYƏ MİNİR -
Son Xeberler