
Düşmənin yüksək rütbəli zabitləri məhv edildi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.
Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.
Bundan əlavə 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.
Oxşar xəbərlər

Şuşa ətrafında düşmənin yüksək rütbəli zabitləri m...
Son Xeberler

Düşmənin hərbi hissə komandiri məhv edildi -
Son Xeberler

Azərbaycan ordusu yüksəkrütbəli erməni hərbçisini...
Son Xeberler

Düşmənin məhv edilən yüksək rütbəli zabitlərinin -
Son Xeberler

Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şə...
Son Xeberler

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler