30.10.2020 14:46
6
abunə
316
Düşmənin törətdiyi terror aktları ilə bağlı 52 cinayət işi açılıb

27 sentyabr tarixindən 30 oktyabra qədər olan vaxt ərzində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə 52 cinayət işi başlanmaqla istintaq olunur.

Bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

Onun sözlərinə görə, 45 cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində istintaq edilir:

“39 cinayət işi Ermənistan silahlı qüvvələri tərəfindən atılan raket zərbələrinin əhalinin yaşadığı məntəqələrə və strateji obyektlərə vurulması ilə bağlı, 5 cinayət işi Ermənistan silahlı birləşmələri trəfindən onlarla birgə muzdluların Dağlıq Qarabağda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı, 1 cinayət işi işğaldan azad edilən ərazilərdə tarixi abidələrin məhv edilməsi ilə bağlı başlanıb.

Muzdluların döyüş əməliyyatlarında iştirakı və əsir düşmüş hərbçilərə qarşı qeyri-insani rəftarla bağlı 3 cinayət işi DTX-nın Baş İstintaq İdarəsi tərəfindən, 4 cinayət işi Hərbi prokurorluqda başlanıb”.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine