Düşmən yenidən Bərdəni atəşə tutdu: 16 yaşlı yeniyetmə həlak oldu - RƏSMİ
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Ermənilər Tərtərin kəndlərini yenidən atəşə tutdu
Son Xeberler
Müdafiə Nazirliyi: Ermənilər Tovuzun kəndini atəşə...
Son Xeberler
Düşmən mövqelərimizi yenidən atəşə tutdu
Son Xeberler
Düşmən kəndlərimizi yenidən atəşə tutdu
Son Xeberler
Ermənilər Tovuzu yenidən atəşə tutdu -
Son Xeberler
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tu...
Son Xeberler