Düşmən Xocavəndə fosfor tərkibli yük gətirib
İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.
Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır.
Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.
Oxşar xəbərlər
Ermənilər qəsdən Şuşa meşələrini yandırır
Son Xeberler
“Əl-Cəzirə”nin ermənilərin Füzulidəki vandalizmi b...
Son Xeberler
Düşmən hədəflərini məhv edən sərrast atıcımız -
Son Xeberler
Qarabağdakı silahlı ermənilərin sonu gəlir - Prose...
Son Xeberler
"Bandotdel"dən əməliyyat:Saxlanılanlar var -
Son Xeberler
Evinizi koronaviusdan təmizləmək üçün 5 TƏBİİ VASİ...
Son Xeberler