Dünyada peyvəndlənənlərin sayı koronavirusa yoluxanların sayını ötüb

03.02.2021 11:14 526 baxış sayı 1 dəq. oxuma
Dünyada peyvəndlənənlərin sayı koronavirusa yoluxanların sayını ötüb

Dünyada koronavirusa qarşı peyvənd olunanların sayı COVID-19-a yoluxanların sayını ötüb.

Bugünədək 105,1 milyon nəfər peyvəndlənib. Bütün dünyada koronavirusa yoluxanların sayı isə 104 milyonu keçib.

Vaksinasiya sayına görə ABŞ liderlik edir. Bu ölkədə peyvənd olunanların sayı 33,7 milyona çatıb. Böyük Britaniyada 10,2 milyon nəfər, İsraildə 5,05 milyon nəfər peyvəndlənib.

Əhali sayına görə isə İsrail birinci sırada yer alıb. Burada əhalinin 56,9 faizi peyvəndlənib.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: