
“Dow Jones” indeksi rekord vurub

Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin tənzimləyicinin monetar siyasətini dəyişdirmək niyyətində olmadığını söyləməsindən sonra “Dow Jones” fond indeksi rekord həddə çatıb.
Pauell hazırda əsas diqqətin pandemiyanın zərər vurduğu iqtisadiyyatın bərpasına yönəldildiyini bildirib.
FED rəhbəri büdcə kəsirinin artması və ya dövlət istiqrazlarının gəlirliliyinin artması barədə narahat olmağın hələ tez olduğunu söyləyib. “İndi bu məsələlərə üstünlük verməyin zamanı deyil”, - o vurğulayıb.
“Dow Jones Industrial Average” indeksi bazarın bağlanış anında 1,35% və ya 424,51 bənd artaraq rekord göstəriciyə - 31 961,86 bəndə çatıb. Eyni zamanda, gündəlik ticarət zamanı indeks ilk dəfə 32 min bənd həddini aşıb.
ABŞ İqtisadiyyat Nazirliyi daha əvvəl 2020-ci ili İkinci Dünya Müharibəsindən bəri iqtisadiyyat üçün ən pis il adlandırmışdı. FED rəhbəri qeyd edib ki, əmək bazarının pandemiyadan əvvəlki səviyyəyə çatması üçün bir neçə il vaxt lazımdır.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının gös...
Azəri Xəbər

Tariflər artdı, birjalar çökdü
Bugun.az

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının gös...
Azəri Xəbər

“Liverpul” rəqibinə 7 cavabsız qolla qalib gəldi
Son Xeberler

"Napoli"nin tarixinə düşdü
İdman Xəbər

Ermənistanın səhiyyə naziri avtomobillə uşaq vurub
Son Xeberler


