🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Direktorun şagirdin hicabını açması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

17.02.2021 13:38 400 baxış sayı 2 dəq. oxuma
Direktorun şagirdin hicabını açması xəbəri ilə bağlı

Abşeron Rayon Təhsil Şöbəsi Novxanı kənd 1 nömrəli tam orta məktəbin direktoru Taliyə Mirzəyevanın məktəbli qızın başından hicabını açaraq yerə atması ilə bağlı xəbərə münasibət bildirib.

Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə bağlı iddialar təhsil şöbəsinin əməkdaşları tərəfindən araşdırılıb:

“Məlum olub ki, iddialarda adı hallanan 7-ci sinif şagirdinin valideyni Q.İ. ilə direktor arasında heç bir insident yaşanmayıb. Valideynin məktəbdən və məktəb rəhbərliyindən heç bir şikayəti yoxdur. Sinif rəhbəri valideyn və şagirdlə görüşüb və növbəti dərs günündən şagird məktəbdə tədrisə davam edəcək”. (baku.ws)

Paylaş: