🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİN sosial şəbəkədə yazılanlara münasibət bildirdi

19.07.2020 17:22 533 baxış sayı 2 dəq. oxuma
DİN sosial şəbəkədə yazılanlara münasibət bildirdi

“Dünən sosial şəbəkələrdə iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş zamanı ictimai qaydanı pozan şəxslərdən bəzilərinin polis əməkdaşları tərəfindən saxlandıqdan sonra guya pul müqabilində buraxılmalarına dair statuslar paylaşılıb”.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) "Facebook" səhifəsində məlumat yayılıb.

Məlumatda qeyd edilib: "Təəssüflər olsun ki, cəmiyyətimizdə öz dövlətinə, onun qanunlarına və hamının asayişinin və təhlükəsizliyinin keşiyində duran polis əməkdaşlarına belə iftira atanlara hələ də rast gəlinir:

Birmənalı olaraq bildiririk ki, həmin statuslarda yazılanlar qərəzdən, polisin işgüzar nüfuzuna xələl gətirən və heç bir konkret fakta söykənməyən əsassız iddiadan başqa bir şey deyil.

Onu da vətəndaşlarımızın nəzərinə bir daha çatdıraq ki, hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aksiya zamanı təxribatçı hərəkətlərə yol vermiş şəxslərin kimliyinin müəyyən edilməsi və hüquqi qiymət verilməsi istiqamətində tədbirlər görülür. İstintaq zamanı bu hərəkətlərə yol vermiş şəxslər ərazi polis orqanına dəvət edilir, təqsiri sübuta yetirilənlər barəsində müvafiq tədbirlər görülür, digərləri isə sərbəst buraxılırlar”.

Etiketlər

Paylaş: