
DİN-dən rayonlara gediş-gəlişə hansı hallarda icazə veriləcəyi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən insanların rayonlara gediş-gəlişinin necə tənzimlənəcəyini açıqlayıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qaydalar əvvəlki kimi olacaq:
“Xüsusi polis postlar - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş-çıxışda fəaliyyət göstərəcək. Yalnız dövlət qurumunun və ya özəl müəssisənin rəhbərliyinin verdiyi ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaq.
Təqdim edilən ezamiyyə vərəqələri ciddi şəkildə araşdırılacaq. Kimlərsə onlara verilən səlahiyyətdən sui-istifadəyə cəhd edərsə, bu hallar tərəfimizdən aşkarlanarsa, həmin şəxslərin barəsində tədbir görüləcək”.
“İcazə sistemi ləğv edildikdən sonra xidməti vəsiqə ilə rayonlara gedişə icazə verilməyəcək”, - deyə DİN rəsmisi qeyd edilib.
Etiketlər
Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda rayonlara gediş-gəlişə ic...
Son Xeberler

Rayonlara gediş-gəlişlə bağlı əhaliyə
Son Xeberler

Rayonlara gediş-gəliş bərpa edilir? -
Son Xeberler

Prezidentin köməkçisindən rayonlara gediş-gəlişlə...
Son Xeberler

Rayonlara getmək istəyənlərin
Son Xeberler

Bu şəxslər rayonlara gedə bilərlər —
Son Xeberler