DİN-dən Ağsu sakininin iddiaları ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdəki bəzi səhifələrdə paylaşılmış videogörüntülərdə Ağsu rayonunun Cəlayır kənd sakini Muğbil Qənbərovun Rayon Polis Şöbəsinin əməkdaşları haqqında iddiaları uydurmadır və qərəzdən irəli gəlir. Belə ki, onun atası Malik Qənbərov DİN-in “102” xidməti-zəng mərkəzinə və Ağsu RPŞ-yə ərizə ilə müraciət edərək həmkəndlisi Saləməddin Əhmədov tərəfindən döyülməsini bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı hadisənin şahidləri izahat verərək Malik Qənbərovun Saləməddin Əhmədovla mübahisə etdiyini, lakin sonuncunun M.Qənbərova hər hansı xəsarət yetirmədiyini bildiriblər.
Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanmasının rədd edilməsi barədə Ağsu RPŞ-nin baş təhqiqatçısı Vüsal Hüseynov tərəfindən qərar qəbul edilib.
Daha sonra avqustun 6-da Muğbil Qənbərov qisas almaq üçün özünün yük avtomobili ilə Saləməddin Əhmədovun evinin darvazasına vurub. Bu iki şəxs arasında mübahisə olduğundan və həmin mübahisə davam etdiyindən onlar münaqişəli qonşular kimi profilaktiki qeydiyyata alınıb.
Muğbil Qənbərov öz çıxışında Cəlayır kənd sakini Gözəl Əhmədovanın sahəsinin zəbt edilməsi və ona təzyiqlərin olmasını da bildirib.
Müəyyən edilib ki, may ayında G.Əhmədova yaşadığı evin həyətindəki hasarı sökərək həyətyanı sahəsini qanunsuz olaraq genişləndirmiş və bələdiyyənin nəzarətində olan torpağı zəbt edib. Avqust ayında həmin ərazinin bələdiyyəyə məxsus olması və onun bu torpağı zəbt etməsi barədə G.Əhmədovaya rəsmi bildiriş göndərilərək zəbt etdiyi torpaq sahəsini boşaltmayacağı təqdirdə barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilib. Bundan sonra G.Əhmədova Daxili İşlər Nazirliyinə müraciət edərək kəndin Bələdiyyə sədri Ülvi Əhmədov barəsində şikayət və tələbinin olmadığını bildirib.
Muğbil Qənbərovun çıxışında Ağsu RPŞ-in İstintaq Qrupunun müstəntiqi polis baş leytenantı Rəhim Əhmədovun Səbuhi Nəsirovu döyərək xəsarət yetirdiyi barədə dedikləri də qərəzdən irəli gəlir.
Belə ki, Səbuhi Nəsirov avqustun 9-da Ağsu rayon Polis Şöbəsinə dəvət olunmuş, lakin heç bir əsaslı səbəb olmadan ifadə verməkdən imtina etməklə, özünü pis hiss etdiyini deyərək RPŞ-nin ərazisini tərk edib. S.Nəsirov barəsində məcburi gətirilmə qərarı qəbul olunub və icrası Ağsu RPŞ-nin İTB-yə həvalə olunub.
Bundan başqa, həmin görüntülərdə adları çəkilən kənd sakinləri Mikayıl Zeynalov və Əjdər Abbasov xırda xuliqanlıq hərkətlətinə yol verdikləri üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 50 manat məbləğində cərimə olunublar. Onlara qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməyib.
Oxşar xəbərlər
Azərbaycanda meşə ərazisində yanğın başladı
Son Xeberler
Yağan güclü qar bu yolun bağlanmasına
Son Xeberler
Azərbaycanda zəlzələ oldu -
Son Xeberler
Prezident bu rayonlara pul ayırdı -
Son Xeberler
Azərbaycanda icra başçısı koronavirusdan vəfat etd...
Son Xeberler
Öldüyü deyilən icra başçısından xəbər var -
Son Xeberler