
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                DİM: Hərarəti olan 20-yə yaxın şagird imtahana buraxılmayıb
                        
                            
                            10.06.2020 12:54
                        
                        
                            
                            623 baxış sayı
                        
                        
                            
                            6 dəq. oxuma
                        
                                            
                                            
Dövlət İmtahan Mərkəzi bu gün rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
Mərkəzdən verilən məlumata görə, imtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Çox təəssüf ki, 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə (abituriyentlərə) bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı) gətirməyi unutmasınlar.
İmtahan iştirakçıları bir məsələni də nəzərə almalıdırlar ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İyunun 11-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.
11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
                                        A
                                    
                                
                                İnvestigativ jurnalist
                                    
                                    
                                                                            Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

DİM: Hərarəti olan 3 şagird imtahana buraxılmayıb
Son Xeberler
                                        
                                            
                                            628
                                        
                                        
                                            
                                            19/06 12:50
                                        
                                    
                                
Azərbaycanda daha 9 şagird koronavirusa yoluxdu
Son Xeberler
                                        
                                            
                                            533
                                        
                                        
                                            
                                            01/10 13:43
                                        
                                    
                                
Azərbaycanda daha 7 şagird koronavirusa yoluxub
Son Xeberler
                                        
                                            
                                            531
                                        
                                        
                                            
                                            23/09 14:47
                                        
                                    
                                
Azərbaycanda daha 20 şagird koronavirusa
Son Xeberler
                                        
                                            
                                            525
                                        
                                        
                                            
                                            05/10 09:20
                                        
                                    
                                
Hərarəti yüksək olan 4 şagird imtahana buraxılmadı
Son Xeberler
                                        
                                            
                                            529
                                        
                                        
                                            
                                            18/06 13:10
                                        
                                    
                                
Bu gün 52 şagird koronavirusa yoluxdu
Son Xeberler
                                        
                                            
                                            598
                                        
                                        
                                            
                                            12/10 16:25
                                        
                                    
                                 
                                        

