Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı
“Şagirdlər və ya onların valideynləri (digər qanuni nümayəndələri) məktəblərə dəvət edilməli və bütün siniflər üzrə dərsliklərin sentyabrın 4-dək şagirdlərə çatdırılması təmin olunmalıdır”.
APA-nın məlumatına görə, bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, bütün rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ərazi maliyyə hesablaşma mərkəzlərinə ünvanladığı məktubda qeyd edilib.
Məktubda bildirilib ki, dərsliklərin qəbulu və şagirdlərə paylanması xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq müəyyən edilmiş növbəli qrafik üzrə və sanitar-epidemioloji qaydalara ciddi riayət edilməklə (sosial məsafənin gözlənilməsi, kitabları təhvil verən və qəbul edən şəxslərin tibbi maskadan və əlcəklərdən istifadə etməsi, otaqları mütəmadi havalandırılması və s.) həyata keçirilməlidir.
Oxşar xəbərlər
Dərsliklərin paylanılması bu tarixdə tam baça çata...
Son Xeberler
Gələn ilin buraxılış imtahanlarında bu yeniliklər...
Son Xeberler
Yeni tədris ili üçün çap ediləcək dərsliklərin say...
Son Xeberler
Baş Nazirdən VACİB QƏRAR -
Son Xeberler
Məktəblər bağlandı, distant təhsil də dayandırılır...
Son Xeberler
Əli Əsədovdan əlilliyi olan şəxslərin təminatı ilə...
Son Xeberler