04.09.2020 13:59
6
abunə
417
Dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin əməkdaşları 2 fakt üzrə dərman preparatlarının, avto-ehtiyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıb.

Bu barədə Komitədən bildirilib.

Məlumata görə, "Qırmızı Körpü" gömrük postunda 2 ədəd "DAF" markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2 645 ədəd müxtəlif adda dərman preparatları, 441 ədəd dərman vasitələrinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine