🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

''Dəli kürün" vəziyyəti necədir? - Nazirlikdən AÇIQLAMA

31.08.2020 09:57 359 baxış sayı 4 dəq. oxuma
''Dəli kürün" vəziyyəti necədir? -

Bir neçə ay öncə Kür çayında müşahidə olunan suyun azalması prosesi nəticəsində çayda indiyədək rast gəlinməyən hal yaşanmışdı.

Vəziyyət o həddə gəlib çatmışdı ki, Xəzər dənizinin suyu Kür çayına axmağa başlayaraq o vahiməli, coşub-daşan Kürdə gölməçələrin kiçik adaların yaranmasına səbəb olmuşdur.

Həmçinin yaranmış bu vəziyyət nəticəsində ərazidə su nasoslarınən tam gücü ilə işləyə bilməməsi nəticədə Kürün suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı düşməyə başlamışdı.

Bəs hazırda Dəli Kürün vəziyyəti necədir?

Bu barədə Metbuat.az-a müsahibə verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirdi ki,

Kür çayının aşağı axınında müsbət tendensiya müşahidə edilir.

''ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqust ayının üçüncü ongünlüyündə yağıntıların aylıq normadan çox olması Kür çayının aşağı axınında səviyyənin artması ilə nəticələnmişdir. Belə ki, avqustun 23-dən 26-dək səviyyə Kür-Surrada 140 sm artıb. Axının səviyyəsi Avqustun 25-dən 28-dək Şirvanda 146 sm, Salyanda isə avqustun 24-dən 28-dək 143 sm artıb.

Salyan və Neftçala rayonu ərazisində Kür çayı üzrə 14 məntəqədən götürülən su nümunəsinin analizi göstərir ki, Salyan Qaraqaşlı məntəqəsində, Neftçala rayonu ərazisində Xocalı, Ərəbqardaşbəyli, Surra, Kürqarabucaq, Qaralı, Dördlər, Xıllı, Qaravəlli, Uzunbabalı, Seyidlər, Bankə qəsəbəsi, Oryad və Mayak 1 məntəqəsində duzluluq 0.5- 0,9 q/l , yəni norma daxilində olmuşdur.''

Məlumat üçün qeyd edək ki, Kür çayı Azərbaycanın əsas su mənbəyi və arteriyasıdır. Çay Türkiyənin, Gürcüstanın və Azərbaycanın ərazisindən axır. Çayın ümumi su toplayıcı sahəsi 188000 km2-dir, Azərbaycanın ərazisinə bu sahənin 58000 km2-ri və ya 31%-i aiddir.

 

 
 

Etiketlər

Paylaş: