03.02.2021 19:49
6
abunə
1306
DƏHŞƏTLİ VİDEO - İş adamı azyaşlı uşaqlarına BELƏ İŞGƏNCƏ VERDİ

Rusiyanın Omsk vilayətində yaşayan iş adamı, 45 yaşlı E. Yunusov öz övladlarına işgəncə verməsi ilə səs-küyə səbəb olub.

O, sosial şəbəkələrdə yayılan videodan sonra saxlanılıb.

Belə ki, həmin görüntülərdə ata əvvəl balaca oğlunu qaldıraraq üzüaşağı yerə çırpır, daha sonra isə eyni şeyi qorxudan ağlayan azyaşlı qızına qarşı edir.

Video uşaqların anası tərəfindən, əlində körpə ilə gizlincə çəkilib. Sözlərinin təsiri olmadığını görən qadın kadrları qohumlarına göndərib, onlar isə anonim olaraq görüntüləri sosial şəbəkələrdə yayıblar.

İki saat sonra polislər hadisə baş verən ərazini müəyyən ediblər.

Amansız ata hazırda saxlanılıb, ana və uşaqlar isə müayinə üçün xəstəxanaya göndəriliblər. Uşaqların travma aldığı bildirilir. Qadın qorxusundan polisə müraciət etmədiyini etiraf edib.

İstintaq davam edir. Yunusovu 7 il həbs cəzası gözləyir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine