“Danışıqlar prosesinin formatı dəyişməz qalır” - Ceyhun Bayramov
“Status-kvo dəyişməli idi və bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlardan aydın oldu ki, onlar da bunu başa düşür. Bu, Ermənistan üçün də zəruridir”.
Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, münaqişə həllini tapmadıqca, Ermənistanın inkişaf perspektivləri yoxdur.
“Döyüş meydanında əldə etdiyimiz qələbələr diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bəndində özünü əks etdirib. Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sorna dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü.
Bu, o prinsiplərdir ki, Ermənistan tərəfi son bir ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil, dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu, o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”.
Oxşar xəbərlər
“WhatsApp”dan daha bir funksiya
Son Xeberler
Lavrovun “iki başlı” niyyəti:
Son Xeberler
Məktəblərdə tədris prosesinin təşkilinin müvəqqəti...
Son Xeberler
Yeni tədris ilində dərslər necə təşkil olunacaq? -...
Son Xeberler
“Paşinyan uçduğu göylərdən yerə qayıtsa, danışıqla...
Son Xeberler
“Genişmiqyaslı müharibə başlaya bilər” -
Son Xeberler