Son Xeberler
Son Xeberler

11.06.2020 10:04

6 abunə

455

Daha bir marşrut xətti “BakuBus”a verildi

Daha bir marşrut xətti “BakuBus”a verildi

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. 


Onun sözlərinə görə, dəyişiklik nəticəsində paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.


Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.     


2024 UG.news © Bütün hüquqlar qorunur.

x
This website is using cookies. More info. That's Fine