Daha 26 nəfər gəmi ilə Qazaxıstana yola salındı
COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 14 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 11 Azərbaycan və 1 Rusiya vətəndaşı bu gün Qazaxıstana yola salınıblar.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğu kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağlı virusa qarşı test keçiblər və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.
Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 2 ay ərzində isə ümumilikdə 140 Qazaxıstan vətəndaşı və 86 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınmışdır.
Etiketlər
Oxşar xəbərlər
Boğazda Gəmi Qəzadan Son Anda Xilas Oldu
Son Xeberler
Xankəndinə göndərilən humanitar yük Gəncədən yola...
Son Xeberler
“Hüseyn Cavid” gəmisi yenidən istismara qaytarıldı
Son Xeberler
Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salındı
Son Xeberler
"Real"ın oyunu təxirə salındı
Bakı xəbərləri
Azərbaycan vətəndaşları Qazaxıstandan təxliyə edil...
Son Xeberler