28.11.2020 12:36
6
abunə
463
Dağın başında oturub geri dönəcəyim günü gözləyəcəyəm - Zabuxlu silahlı erməni qadın / VİDEO

“Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir”- deyə Zabuxdakı çiynində avtomat silah olan erməni arvad bildirir.

Artıq 10 Noyabr razılaşmasına əsasən mülki işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Amma erməni mənbələri iddia edir ki, rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağ.

Həmin kəndlərdən biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir.

Artıq “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq üçün əşyalarını toplayırlar. Əşyalarını toplayan qeyri-qanuni sakin Sasun Bağdalqulyan deyir ki, kəndin Azərbaycana veriləcək. Onlara məlumat verilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine